Əsas məzmuna keç

Mingəçevirdə dönərdə bakteriya aşkarlanıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Mingəçevirdə dönərdə bakteriya aşkarlanıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Mingəçevirdə dönərdə bakteriya aşkarlayıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə "Operativ...

Təhlükəsizliyi Agentliyi () Mingəçevirdə dönərdə bakteriya aşkarlayıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri, H. prospekti və İ. küçəsinin kəsişməsində fəaliyyət göstərən “Minchicago” dönərxanasında Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida obyektində sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub.

Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində mikrobioloji göstəricilərində uyğunsuzluq (E.Coli) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs barəsində inzibati cərimə tətbiq edilib, nöqsanlar aradan qaldırılanadək dönər satışının dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub və icrası zəruri göstərişlər verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…