Əsas məzmuna keç

Minatəmizləyənlərə təhsil güzəşti verildi

Minatəmizləyənlərə təhsil güzəşti verildi

Milli Məclis yeni qanunu qəbul etdi: Həlak olan mütəxəssislərin övladları ödənişsiz oxuyacaq, vergi güzəşti veriləcək. Sosial dəstəyin bütün detalları burada.

en ru

tərəfindən qəbul edilən yeni qərara əsasən, minatəmizləmə fəaliyyəti zamanı həlak şəxslərin övladlarının təhsilhaqqı tam olaraq dövlət büdcəsi hesabına ödəniləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Məcəlləsində, həmçinin " haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.

Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq. "Təhsil haqqında" Qanuna edilən dəyişiklik isə həmin şəxslərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil istisna olmaqla) təhsilhaqqının ödənilməsini təmin edir. Bu addım şəhid minatəmizləyənlərin ailələrinin sosial rifahının yaxşılaşdırılması və dövlət qayğısının artırılması məqsədi daşıyır.

Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan bu dəyişikliklər qanun qüvvəyə mindiyi tarixədək həlak olan və ya aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunacaq. Təhsilhaqqı güzəştləri həmin şəxslərin ən çoxu 23 yaşına çatanadək qüvvədə qalacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…