Əsas məzmuna keç

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Fevralın 10-da parlamentdə Vergi, Əmək məcəllələri və kibercinayətkarlıqla bağlı 12 mühüm layihə müzakirə olunacaq. Təhsil və yol hərəkətində hansı yeniliklər var?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin yaz sessiyasının növbəti iclası fevralın 10-da keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

Plenar iclasda aşağıdakı qanun layihələrinə baxılacaq:

İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizə və ağır cinayətlər üzrə elektron sübut mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi haqqında qanun layihəsi.

“ haqqında” Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.

“Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

Mülki dövriyyədən çıxarılmış əşyaların siyahısı haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanun layihəsi (birinci oxunuş).

Bir sıra qanunvericilik aktlarında, o cümlədən Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrdə, eləcə də gənclər siyasəti, uşaq hüquqlarının müdafiəsi, sosial xidmət, reklam, media və digər sahələri əhatə edən qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

“Kinematoqrafiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

“ haqqında” və “ yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…