Əsas məzmuna keç

Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Su Nəqliyyatında İdarəsinin Lənkəran Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…