Milli Məclisdə Azərbaycançılıq İnstitutunun yaradılması təklifi irəli sürülüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin oktyabrın 13-də keçirilən plenar iclasındakı çıxışında danışıb.
Deputat qeyd edib ki, Azərbaycana qarşı hibrid hücumları nəzərə alındıqda, belə bir institutun yaradılmasına böyük ehtiyac olduğu görünür: "Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər".