Əsas məzmuna keç

Milli Məclisdə yeni rəhbər təyinatları

Milli Məclisdə yeni rəhbər təyinatları

Milli Məclis Keniya, Qambiya və Maldivlə əməkdaşlıq qrupları təsis etdi. Ramid Namazov, Gülşən Paşayeva və digər deputatların yeni təyinatları ilə tanış olun.

en ru

tərəfindən parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb və heyəti təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq qərar layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qəbul edilən qərara əsasən, Keniya, Qambiya, Laos və Maldiv parlamentləri ilə rəsmi əməkdaşlıq üçün yeni işçi qrupları edilib.

Sənədə görə, yeni yaradılan qruplara aşağıdakı deputatlar rəhbərlik edəcək: Azərbaycan-Keniya qrupuna Namazov, Azərbaycan-Qambiya qrupuna isə Eyvaz Qurbanov sədr təyin olunub.

Həmçinin, Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan-Maldiv qrupunun rəhbəri isə deputat Azər Allahverənov təsdiqlənib.

Qərar layihəsində Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Vasif Qafarovun təyin edilməsi də öz əksini tapıb.

Qeyd edək ki, daha öncə həmin qrupa Ramil Həsən rəhbərlik edirdi. 2025-ci il oktyabrın 15-də onun deputat səlahiyyətlərinə xitam verildikdən sonra sözügedən vəzifə vakant qalmışdı.

Müzakirələrdən sonra qərar layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…