Əsas məzmuna keç

Milli Məclis: Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır

Milli Məclis: Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır

bu barədə komissiyanın açıqlamasında bildirilib.Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və...

en ru

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə platformaları vasitəsilə əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib.

Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq, eləcə də cəmiyyətdə qütbləşmə yaratmağa yönəldiyi müəyyən edilib.

Açıqlamaya görə, kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.

Komissiya bildirib ki, kampaniyanın iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Həmçinin qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığı qeyd olunub.

Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını saxta informasiyalara inanmamağa və bu məsələdə diqqətli olmağa çağırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…