Operativ Məlumat Mərkəzi

Milli Məclis İSF-nin 2026-cı il büdcə layihəsini qəbul edib

1 dəq
Paylaş:
Milli Məclis İSF-nin 2026-cı il büdcə layihəsini qəbul edib
İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə...

İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər