Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı dövlət rüsumu ləğv edilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Hazırda qüvvədə olan qanuna görə alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı 100 manat rüsum alınır.