Milli komandanın qapısı kimə etibar edilməlidir? – SORĞU

Milli komandanın qapısı kimə etibar edilməlidir? – SORĞU
21.03.2023 15:00
Aa
dəq

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası martın 24-də səfərdə Avstriya, 27-də isə İsveç ilə qarşılaşacaq.

Yığmanın baş məşqçisi Canni de Byazi həmin qarşılaşmalar üçün 27 futbolçuya dəvət göndərib. Yanvarın 16-da "Qarabağ"ın heyətində Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında zədələnən qapıçı Şahruddin Məhəmmədəliyev heyətdə yer almayıb. İtaliyalı mütəxəssis millinin əsas qapıçısının zədələnməsi səbəbilə "Qəbələ"dən Səlahət Ağayevi, "Səbail"dən Emil Balayevi və "Sabah"dan Yusif İmanovu heyətə cəlb edib.

İdman jurnalistlərinə "Bəs, “Qarabağ”ın qolkiperini kim əvəz edə bilər?" sualını ünvanladıq:

Daşqın Əziz:

"De Byazi artıq millinin Avstriya və İsveçlə oyunları üçün heyəti açıqlayıb. İtaliyalı sözünü də tutub. Bir neçə gün əvvəl İTV-yə müsahibəsində "Sabah"ın gənc qapıçısı Yusif İmanovun yığmaya çağırılacağını bildirmişdi. Gənc qolkiper bu mövsüm sərgilədiyi oyunla milli komandada forma geyinməyi haqq edir. Lakin Yusifin beynəlxalq təcrübəsi yoxdur. Bu sarıdan, bəlkə də, müəyyən səhvlər edə bilər. Amma fikrimcə, onu indidən yığmaya cəlb etmək doğru seçimdir.

Səlahət Ağayevlə Emil Balayevə gəlincə, bu iki fiqur təcrübə baxımından mütləq "27-lik"də olmalı idi.

Məncə, qarşıdakı iki oyunda qapıda Səlahət Ağayev dayanacaq. De Byazi yəqin ki, başlanğıcda Yusif İmanova güvənməklə riskə getməyəcək".

Naibə Məmmədova:

"Şahruddin zədəli olmasa və "Seçmə mərhələ matçlarında qapını kimi qorumalıdır?" deyə sual verilsə, sözsüz ki, cavabım Şahruddindən yana olardı. Yəni, mənə görə, milli üçün ən güvənilən qapıçı odur. Ümumiyyətlə, Azərbaycanda ən yaxşı qapıçı kimi məhz Şahruddini görürəm. O, Antalyadakı toplanış zamanı zədələndiyi və hələ də tam sağalmadığı üçün 2 seçimimiz qalır: "Sabah"ın qapıçısı Emil Balayev və "Qəbələ"nin qapıçısı Səlahət Ağayev.

Onlar arasında da seçim etməli olsam, məncə, Emil Balayevin adını çəkərəm. Amma De Byazinin nə qərar verəcəyini bilmirik. İstənilən halda, məncə, Emil qapıda daha güvənilir ola bilər".

Fərid Məcid:

"Mətbuatda yayılan informasiyaya görə, istinad edilmişdi ki, De Byazi gənc qapıçı Yusif İmanova şans verəcək. Amma daha sonra mütəxəssis bu fikirlərin ona aid olmadığını bildirdi. Yekunda isə indiki situasiyada Emil Balayeva şans verəcəyini düşünürəm. Məncə, hazırkı durumda ən doğru seçim bu olar".

Mehri Qurban:

"Mənim fikrimcə, Səlahət Ağayev milli komandada Şahruddin Məhəmmədəliyevi əvəz edə bilər".

Rövşən Əlisoy

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu