"Milan" klubu "Real Madrid" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçə 2026-cı ilin yayına qədər müqaviləni bir illik uzadılması variantı ilə təklif edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir Kİ, “Rossoneri” futbolçuya mövsüm başına 3,5 milyon avro və bonuslar təklif etməyə hazırdır.
Xatırladaq ki, Modriç 2012-ci ilin avqustundan "Real Madrid"də çıxış edir.
Ötən mövsüm 39 yaşlı mərkəz yarımmüdafiəçisi bütün turnirlərdə 57 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə edib.