"Milan", "İnter" və "Napoli" bu futbolçu ilə maraqlanır

"Milan", "İnter" və "Napoli" bu futbolçu ilə maraqlanır
16.09.2024 13:25
Aa
dəq

"Milan", "İnter" və "Napoli" "Torino"nun yarımmüdafiəçisi Samuele Ricci ilə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

Turin klubu 23 yaşlı italiyalını heyətində saxlamaq istəyir və artıq futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Komanda oyunçunu yalnız 35 milyon avroluq təklif alacağı təqdirdə buraxmağa hazırdır.

Ricci 2022-ci ilin yanvarından “Torino”da çıxış edir.

Ricci-nin "Torino" ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir. "Transfermarkt" portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Həftənin ən çox oxunanları