"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir

"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir
19.03.2024 08:15
Aa
dəq

"Milan" "Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastyan Şimanskini almaqda maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu İtaliya tərəfinin 18 milyon avroluq təklifini rədd edib..

"Milan" bu məbləği artırmağı planlaşdırır. Bildirilir ki, tərəflər 25 milyon avroya razılığa gələ bilərlər.

"Napoli" və "Tottenhem" də futbolçu ilə maraqlanır və tezliklə "Fənərbaxça" ilə danışıqlara başlaya bilərlər.

Cari mövsümdə havbek bütün turnirlərdə istanbullular üçün 46 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə edib.

Oyunçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Həftənin ən çox oxunanları