Operativ Məlumat Mərkəzi

“Fənərbaxça” Guendouzi transferi üçün danışıqları davam etdirir

2 dəq
Paylaş:
“Fənərbaxça” Guendouzi transferi üçün danışıqları davam etdirir
İstanbul təmsilçisi diqqətini İtaliyaya yönəldərək “Latsio”nun fransız yarımmüdafiəçisi Matteo Guendouzi ilə maraqlanır.Məlumata görə, baş məşqçi...

“Fənərbaxça” yarımmüdafiə xəttini gücləndirmək məqsədilə transfer bazarında aktiv fəaliyyətini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi diqqətini İtaliyaya yönəldərək “Latsio”nun fransız yarımmüdafiəçisi Matteo Guendouzi ilə maraqlanır.

Məlumata görə, baş məşqçi Domeniko Tedesko üçün “mübariz və enerjili” oyunçu profili ilə uyğun gələn 26 yaşlı futbolçu üçün “Fənərbaxça” vasitəçilər üzərindən “Latsio”ya 23 milyon avroluq təklif göndərib.

İtaliya klubu əvvəlcə bu təklifi qəbul etsə də, sonradan qərarını dəyişərək imtina edib.

“Latsio” rəhbərliyi Guendouzini mübadilə transferində istifadə etmək istədiklərini bildirərək, “30 milyon avroluq təklif olacağı təqdirdə satış mümkün ola bilər” cavabını verib. Tərəflər arasında danışıqlar hazırda davam edir.

Digər tərəfdən, “Fənərbaxça” 2028-ci ilə qədər “Latsio” ilə müqaviləsi olan Guendouzi ilə şəxsi şərtlər üzrə razılıq əldə edib. İtaliya klubunda illik 2,5 milyon avro qazanan futbolçuya İstanbul təmsilçisi tərəfindən 4 milyon avro maaş və bonuslar təklif olunub.

Baş məşqçi Domeniko Tedeskonun da klub prezidenti Sadettin Sarandan Guendouzi ilə müqavilə imzalanmasını istədiyi qeyd olunur. Transferin bu həftə yekunlaşacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər