İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Oman dənizində, ölkənin ərazi sularının yaxınlığında ABŞ tərəfindən İranın "Touska" ticarət gəmisinə edilən hücumu qeyri-qanuni və cinayətkar əməl adlandıraraq sərt şəkildə pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, bu pirat hücumu beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsini və son atəşkəs razılaşmasını kobud şəkildə pozur.
Qeyd olunub ki, hadisə zamanı gəmi heyəti və onların ailə üzvləri qorxudularaq girov götürülüb.
İran XİN-in bəyanatında deyilir:
“BMT, Təhlükəsizlik Şurası və Beynəlxalq Dəniz Təşkilatı bu hücumu dərhal qınamalıdır. Gəminin və göyərtədəki hər kəsin azad edilməsi üçün təcili tədbirlər görülməlidir”.
Bəyanatın sonunda vurğulanıb ki, bu təhlükəli eskalasiyanın nəticələrinə görə tam məsuliyyəti ABŞ daşıyır və İran öz suverenliyini müdafiə etmək, vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək.