Əsas məzmuna keç

Meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti açıqlandı

Meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti açıqlandı

Meymunçiçəyi virusuna şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda həmin şəxsin vəziyyəti olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır.

Səhiyyə Nazirliyindən isə sorğumza cavab olaraq bildirilib ki, ölkə ərazisində meymunçiçəyi virusuna yeni yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, 4 gün əvvəl və TƏBİB 22 yaşlı vətəndaşında meymunçiçəyi virusunun aşkarlanması ilə bağlı birgə məlumat yaymışdı. Həmin şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi deyilirdi. Xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada müayinəsi nəticəsində onda meymunçiçəyi virusu olduğu təsdiləşmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…