Əsas məzmuna keç

Metroda qatarların hərəkəti tam bərpa olunub

Metroda qatarların hərəkəti tam bərpa olunub

"Bakı Metropoliteni" sərnişindaşıma prosesini ənənəvi iş qrafikinə qaytardı. Bütün xətlərdə interval minimuma endirilib. Təhlükəsizlik və yeni rejim barədə ətraflı:

en ru

“Bakı Metropoliteni” qatarların hərəkətini iş günləri qrafikinə uyğun olaraq tam bərpa edib və sistem hazırda tam gücü ilə fəaliyyət göstərir.

QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, metropolitenin bütün xətləri üzrə qatarların hərəkəti stabil şəkildə təşkil olunur.

Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə sərnişinlərin istifadəsinə verilib.

“Texniki sistemlər üzərində nəzarət daha da gücləndirilib və monitorinq prosesi fasiləsiz davam etdirilir. Görülən tədbirlər sərnişin daşımalarının təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.

Qatar cədvəli

15:50 Növbəti qatar · Qatar: Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…