Əsas məzmuna keç

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Bakı Şəhər Halqasında keçiriləcək yarışlarla bağlı metronun iş rejimində dəyişiklik edilir. Qran-pri günlərində sərnişindaşıma gecə saat neçəyə qədər davam edəcək?

en ru

Bakıda keçiriləcək "Formula 1" üzrə Qran-prisi ilə əlaqədar " Metropoliteni" QSC-də iş qrafiki dəyişdiriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…