Əsas məzmuna keç

Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb

Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb

Paytaxtın rayonu, Mətbuat prospekti ilə küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, sözügedən ərazidə 6 “L” və “A” tipli dirəklərdən istifadə edilməklə 13 və piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir.

"Piyadalar isə yolun qarşı tərəfinə piyada svetoforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər", - məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…