Cənubi koreyalı pop ulduz Chio Sung Bong vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 33 yaşında dünyasını dəyişib.
Paytaxt Seulda yaşadığı evdə cansız bədəni tapılan müğənni intihar edib. Hadisə yerinə gələn polis Chionun ölümündən bir gün əvvəl "YouTube" platformasında paylaşdığı vieoda intihar edəcəyini bildirdiyini qeyd edib.
Xatırladaq ki, müğənni 2021-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün karyerasında fasilə verəcəyini bildirsə də məlumatın doğru olmadığı aşkarlanıb və Chio Sung Bong üzr istəyərək yardım pulunu geri qaytarıb.