Türkiyədə Balıkesirin Gönen rayonunda 8 gün əvvəl itən Korhan Berzeq hələ də tapılmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də Dünya Bankından təqaüdə çıxan Berzeq iti Tina ilə gəzintiyə çıxdıqdan sonra ondan bir daha xəbər alınmayıb.
Berzeqin itkin düşməsindən 8 gün keçir.
Axtarış-xilasetmə işləri davam edir.