Əsas məzmuna keç

Məşhur futbol klubu cəmi 1 avroya SATILDI

Məşhur futbol klubu cəmi 1 avroya SATILDI

Bordo təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, keçmiş prezident Jerar Lopesin şirkəti ilə “Park Bench” arasında klubun təhvil verilməsi barədə...

en ru

İngiltərənin investisiya şirkəti - “ ” Fransanın “” klubunu simvolik olaraq 1 avroya satın alıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Bordo təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, keçmiş Jerar Lopesin şirkəti ilə “Park Bench” arasında klubun təhvil verilməsi barədə razılaşma əldə olunub.

Müqaviləyə əsasən, yeni sahib klubun mövcud borclarının ödənilməsini öz üzərinə götürüb.

Bildirilib ki, klubun fəaliyyətinin bərpası ilə bağlı hüquqi prosedur çərçivəsində yaxın günlərdə “Bordo” rəhbərliyi Yeni Akvitaniya Futbol Liqasının İdarəetməyə Nəzarət üzrə Regional Komissiyasının dinləməsinə çağırılacaq. “Bordo”nun yeni sahibi ilə əldə olunan razılaşmanın klubun gələcəyi üçün mühüm mərhələ olduğu qeyd olunub.

Qeyd edək ki, “Bordo” iyul ayında Fransanın VI Divizionuna göndərilib. Klubun bu qərardan verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. “Bordo” Fransa çempionatının 6 qat qalibidir. Klub sonuncu dəfə 2009-cu ildə ölkə çempionu olub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…