Türkiyəli məşhur aktrisa Sevil Üstekin vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
"Yeşilçam" ulduzlarından olan mərhum aktrisa “Şaban oğlu Şaban”, “Kapıcılar Kralı” və bir çox məşhur film və seriallarda çəkilib.
O, həmçinin bir çox teatrlarla əməkdaşlıq edib.
Qeyd edək ki, S.Üstekinin 79 yaşı var idi.