Əsas məzmuna keç

Olqa Buzova azərbaycanlı prodüserin faciəli ölümündən sarsıldı: "İçimdə boşluq yarandı..."

Olqa Buzova azərbaycanlı prodüserin faciəli ölümündən sarsıldı: "İçimdə boşluq yarandı..."

Rusiyalı müğənni Olqa Buzova musiqi prodüseri Elmir Məhərrəmovun ölüm xəbərindən sonra izləyiciləri ilə öz hisslərini bölüşüb. Müğənni bununla bağlı şəxsi...

ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiyalı Olqa Buzova musiqi prodüseri Elmir Məhərrəmovun ölüm xəbərindən sonra izləyiciləri ilə öz hisslərini bölüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müğənni bununla bağlı şəxsi bloqunda xüsusi müraciət yayımlayıb.

Faciə barədə öz komandasından məlumat alan Buzova prodüserlə birgə çəkilmiş şəklini paylaşıb.

Olqa Buzovadan prodüserinin faciəli ölümü ilə bağlı paylaşım

"Elmir həlak oldu. Çox gənc, yaraşıqlı və mehriban idi. Hələ çox yaşamalı idi... Hər şey qaydasına düşmüşdü. İşlərin çox yaxşı, yüksələn xətlə gedirdi... Axı necə oldu?" - deyə Olqa qeyd edib.

İfaçı mərhum prodüserin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

"İlahi, səninlə bağlı o qədər isti xatirələr var ki... Qələbələrimiz, konsertlərimiz, ilk şoular, ad günləri, qastrol səfərləri... Çox böyük dərddir. İçimdə sanki bir boşluq yarandı. Onun iri gözləri hələ də gözümün önündədir... Həmin gözlərdə nə qədər nur, sevinc və sevgi var idi... Mənim Elim, sən daim qəlbimdə yaşayacaqsan", - deyə Buzova şəxsi bloqunda yazıb.

Olqa Buzovadan prodüserinin faciəli ölümü ilə bağlı paylaşım

Xatırladaq ki, Elmir Məhərrəmov noyabrın 23-də faciəli şəkildə vəfat edib. O, 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. "Self Made Music", "Archer Music" və "Out of Records" kimi tanınmış leybllara rəhbərlik edib. Onun əməkdaşlıq etdiyi sənətçilər arasında Olqa Buzova, Dima Bilan, "Artik & Asti", "T-Killah" və digər ulduzlar yer alıblar. Bundan əlavə, Elmir kino sahəsində də fəaliyyət göstərib - xüsusən də "San-Fransiskodan olan sərnişin" (Пассажир из Сан-Франциско) serialını qeyd etmək lazımdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…