Əsas məzmuna keç

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

AMB İdarə Heyəti faiz dəhlizi parametrlərini açıqladı. İnflyasiya fonunda 6,5%-lik göstərici dəyişmədi. Bəs iyunun 24-də nə gözlənilir? Ətraflı xəbərin daxilində.

en ru

Mərkəzi Bankının (AMB) İdarə (İH) dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

"Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat iyunun 24-də ictimaiyyətə açıqlanacaq. Qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…