Əsas məzmuna keç

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

AMB İdarə Heyəti faiz dəhlizi parametrlərini sabit saxladı. İnflyasiya hədəfi və risklər fonunda verilən qərarın detalları bəlli oldu. Növbəti addım mayın 6-da!

en ru

Mərkəzi Bankının (AMB) İdarə dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər və qlobal maliyyə bazarlarındakı mövcud vəziyyət əsas götürülüb. Daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri də nəzərə alınıb.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaq", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat mayın 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı keçiriləcək.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 02.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…