Əsas məzmuna keç

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli - 2025” müsabiqəsinə martın 28-dək uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, artıq qeydiyyatdan keçmiş həmin tarixədək sistemdə onlara təqdim edilən tapşırıqları yerinə yetirməlidirlər. Bunun üçün qeydiyyat zamanı şagirdin elektron ünvanına göndərilən istifadəçi adı və şifrə ilə “Learn” https://learn.algoritmika.az/login platformasına daxil olmaq lazımdır.

Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən I mərhələyə vəsiqə qazanacaqlar.

Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılır.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…