Məktəbli fomalarının qiymətində endirim edildi - RƏSMİ + YENİ MƏBLƏĞ

Məktəbli fomalarının qiymətində endirim edildi - RƏSMİ + YENİ MƏBLƏĞ
14.08.2024 17:12
Aa
dəq

15 sentyabr artıq qapını döyür. Bu isə o deməkdir ki, artıq məktəb alış-verişləri də yaxınlaşır. Alış-verişin əsas və önəmli hissəsini isə məktəbli formaları təşkil edir. Məktəbli formaları ilə bağlı valideynləri düşündürən və narahat edən bir sıra məsələlər mövcuddur. İstər formaların keyfiyyəti, istərsə də qiyməti...

Saytımızın əməkdaşı ilə həmsöhbət olan Bakı sakini M.Məmmədova bildirdi ki, 2 övladı var. Məktəbli formaları isə baha olduğuna görə onlar həmin formaların bənzəri və daha ucuz versiyasını alırlar. Amma keyfiyyəti heç də yaxşı olmadığına görə, məcbur qalaraq ildə 2 dəfə yeni forma alırlar.

Bəs bu il məktəbli formalarının qiymətində dəyişikliklər olacaq? Formalar artıq satışa verilib? Valideynlər bu formaları haradan əldə edə bilərlər?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən “Bakı Tikiş Evi” ASC (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, bu il məktəbli formalarının – şalvar və ətəklərin qiymətlərinə 20 faiz endirim tətbiq olunub:

Yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, tikib çatdırmaq mümkün  deyil" | marja.az

“Bunun səbəbi odur ki, saxta məktəbli formaları həddindən artıq çoxdur. Bakı şəhərində və rayonlarda həmin formaların qiymətləri ucuz olduğu üçün valideyinlər saxta formalar alırdı. Məsələn, saxta formalarda şalvarların qiyməti 16 manat idi, amma bizdə 25 manat. Buna görə də həmin formalara təlabat artmışdı. İndi isə bizdə 20 faiz güzəşt ilə şalvarın qiyməti 20 manata düşdü. Hazırda formalar çox yaxşı satılır və alıcılarda çox məmnundurlar”.

Məktəbli formalarına 1 il zəmanət verildiyini vurğulayan E.Əzim bildirir ki, formaların parçası Türkiyə və Belarusdan gətirilir. Bu parçalar keyfiyyətlidir və sertifikatı var. 100 manatdan aşağı olan mallara əslində zəmanət verilmir, amma BTE formalarına zəmanət verilir. Qış boyu formaları istehsal edib, anbarlara yığmışıq. Lazımi qədər məktəbli formalarımız var - 26 ölçüdən 54 ölçüyə qədər.

“Satış mərkəzləri Bakının 11 məntəqəsində var. Məsələn, Qaradağ, Yeni Sahil qəsəbəsi, Maştağa,Şüvəlan, Sumqayıt, Lökbatan kimi uzaq nöqtələrdə də bizim satış məntəqələrimiz var. Bu satış mərkəzləri həftənin 7 günü işləyir. Hər kəs özünə yaxın satış məntəqələrindən məktəbli formalarını əldə edə bilərlər”.

Yeni məktəbli formaları satışa çıxarıldı - Anmedia.az

Təhsil eksperti İlqar Orucov isə saytımıza açıqlamasında deyir ki, valideynlər və şagirdlər artıq yeni tədris ilinə hazırlığa başlayırlar. Belə olduqda məktəbli formaları ilə bağlı məsələlər də gündəmə gəlir. Məktəbli geyimlərinin keyfiyyəti isə hər birimizi düşündürür. Söhbət həm şagirdlərimizin sağlamlığına zərər vurmayan məktəbli geyimlərinin təminatından, həm də geyimləri almaq üçün büdcədən gedir:

İlqar Orucov: Bu gün Azərbaycanın hətta ən ucqar kəndlərində müasir  standartlara cavab verən məktəblər tikilib - AZƏRTAC

“Hesab edirəm ki, son illərdə bu məsələ ilə bağlı yaxşıya doğru kifayət qədər işlər görülüb. Elm və Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı normaları müəyyənləşdirib. Eyni zaman da, formaların keyfiyyətli parçadan hazırlanması üçün qurumlar nəzarəti gücləndiriblər. Həmçinin, məktəbli formalarının qiymətini tənzimləyəcək monitorinqlər aparılır. Burada həm də ictimai nəzarətin olması məsələsi də çox önəmlidir. Düşünürəm ki, burada KİV-lər, mətbuat, vətəndaş cəmiyyətinin xüsusi rolu olmalı və bu kimi məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır”.

Ekspertin fikrincə məktəbli formaları ilə bağlı hazırlıqlar öz qaydasında davam edir. Satış yerlərlərinin insanlar üçün əlçatan nöqtələrdə olması gündəmdədir. Bununla bağlı Elm və Təhsil Nazirliyi prosesləri nizamlamaq üçün müəyyən işlər görür. Satış yerləri ilə bağlı mütəmadi olaraq elanlar verilir. Əvvəlki illər ilə müqayisədə məktəbli formalarının keyfiyyəti ilə bağlı müsbət addımlar atırıq.

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu