Meksikanın Sonora şəhərində baş verən silahlı hücumda 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Meksika mətbuatında məlumat yayıb.
Belə ki, Cajeme qəsəbəsində 3 silahlı basqınçı bir evə hücum edib. Hadisə zamanı 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.