Operativ Məlumat Mərkəzi

Meksikada partiyaya hücum edilib, ölənlər var

1 dəq
Paylaş:
Meksikada partiyaya hücum edilib, ölənlər var
bu barədə Meksika mətbuatı məlumat yayıb. Salvatierra Bələdiyyə Başçısı German Servantes verdiyi açıqlamada, “Bu səhər baş verən zorakılığı nifrətlə...

Meksikanın Quanaxuato əyalətində bir partiyaya silahlı hücum nəticəsində 12 gənc həyatını itirib, 12 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Salvatierra Bələdiyyə Başçısı German Servantes verdiyi açıqlamada, “Bu səhər baş verən zorakılığı nifrətlə qınayıram. Prokurorluq və təhlükəsizlik qüvvələri tam kordinasiyada lazım olanı edir",- deyərək sərt reaksiyasını bildirib.

Xatırladaq ki, Meksikada ən çox qətl və hücumların baş verdiyi əyalətlərdən biri olan Quanaxuatoda bu il 3 min 29 nəfər həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər