Operativ Məlumat Mərkəzi

Meksikada 18 çuxurda 20-dən çox cəsəd tapılıb

1 dəq
Paylaş:
Meksikada 18 çuxurda 20-dən çox cəsəd tapılıb

Meksikanın Kordoba şəhərində bir müddətdir qazıntı işləri aparan qruplar, itlərin müşayiəti ilə çoxlu cəsəd aşkarlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

18 çuxurda aparılan qazıntılarda 20-dən çox cəsədin tapıldığı, 22 çuxurda araşdırmaların davam etdirildiyi bildirilib.

Baş Prokurorluqdan verilən açıqlamada, çıxarılan meyitlər araşdırılması üçün Məhkəmə Tibb İnstitutuna verilib.

Bölgədə qazıntı işlərinin davam etdiriləcəyi paylaşılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər