Əsas məzmuna keç

Mehriban Zəki Oqtay Əliyevin həyatını itirdiyi qəza anından yazıb

Mehriban Zəki Oqtay Əliyevin həyatını itirdiyi qəza anından yazıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Martın 22-si mədəniyyət işçisi Əliyevin ölümü ilə nəticələnən qəzada yaralanan Xalq artisti Zəki hadisədən sonra ilk dəfə paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Zəki O. haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...

Bu sadəcə qəzavü-qədər idi.

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-i belə yazıldı bizim üçün”.

Xatırladaq ki, Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, M. Zəki xəstəxanada müalicəsini davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…