Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, Məhərrəm İncə bu gün keçiriləcək partiyanın parlament qrup iclasında yenidən CHP-yə qatılacaq.
CHP lideri Özgür Özəl Məhərrəm İncəyə partiya döş nişanını təqdim edəcək.
Qeyd edək ki, Məhərrəm İncə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultay keçirərək özünü buraxacaq.