"Mehdi Sübhani Pezeşkiana sanki potoloji nifrət bəsləyir" - AÇIQLAMA

"Mehdi Sübhani Pezeşkiana sanki potoloji nifrət bəsləyir" - AÇIQLAMA
16.07.2024 14:50
Aa
dəq

İranın irəvandakı səfiri Mehdi Sübhani erməni mediasına müsahibəsində təmsil etdiyi hakimiyyətin ermənilərlə bağlı niyyətlərini, Azərbaycana qarışı dost olmayan münasibətini gizlətməyib. 

O, Azərbaycan Respublikası ilə münasibətlərin bərpasına çalışan İranın diplomatı kimi deyil, Rusiyayönlü Ermənistan müxalifətinin nümayəndəsi, Fransa prezidenti Emmanuel Makronun təmsilçisi və anti-Azərbaycan fransız siyasətçilər kimi edib. O, bununla həm də özünü kimlərinsə tapşırığının icraçısı kimi göstərib.

Mehdi Sübhani belə deyib: “Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir. Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır”.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani sanki öz dövlətinin tərəfini deyil, Ermənistanın tərəfini sərgiləyir və daima erməni mövqeyindən çıxış edir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

"Əsas məqam da ondan ibarətdir ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eyni zamanda Azərbaycan-İran münasibətlərinin müsbət məcraya yönəlməsi, İranda səfirliyimizin yenidən açılması məsələsi sanki Mehdi Sübhaniyə təsir etmir.

Bunlar Ermənistan rəsmisi bu ölkənin təəssübkeşi kimi danışır. Sanki o, İran dövlətinin nümayəndəsi deyil, birbaşa Ermənistan nümayəndəsidir. Bu istiləşmə də, onlar üçün o qədər də müsbət tendensiya kimi görünmür".

Deputat vurğulayıb ki, İran-Azərbaycan əlaqələrinə zərbə vuran bir neçə şəxslər var, eyni zamanda da İranın Ermənistandakı səfirliyi bu istiqamətdə demək olar ki, daima öz mövqelərindədir və çox məkirli bir siyasət aparır.

"Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasındakı imzalana biləcək sülh müqaviləsini heç də müsbət hal kimi təsir etmir, əksinə gərginləşdirir.

Təsəvvür edin ki, Ermənistanda keçən ABŞ və Ermənistan hərbi təlimlərdən heç danışmır, baxmayaraq ki, NATO İranın sərhədlərinin yaxınlığına silah yığmaqla, eyni zamanda Cənubi Qafqazda gərginliyi artırmaqla məşğuldur. Bu istiqamətdə hər hansısa bir bəyanat vermir. Hətta, jurnalist Ehsan Möhavvedianla artıq sıx əlaqələri var və faktiki olaraq onunla eyni mövqedən çıxış edərək, yenicə seçilmiş Pezeşkiana sanki bir potoloji nifrət bəsləyirlər. Yəni, məlum məsələdir ki, Sübhani kimi şəxslər İranla Azərbaycan arasında münasibətin normal inkişafına maraqlı deyillər və bunlar çalışır ki, sülh müqaviləsi də imzalanmasın.

Düşünürəm ki, məhz İranın Ermənistandakı səfiri Mehdi Sübhani əsasən bu istiqamətdə danışmalıdır. Ancaq onun verdiyi bəyanatlar bizim münasibətlərimizə zərər verməkdən başqa bir şey gətirmir",- deyə Arzu Nağıyev yekunlaşdırıb.

Aminə Nəzərova

 

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu