Operativ Məlumat Mərkəzi

Medinanın cəzası müəyyənləşdi

1 dəq
Paylaş:
Medinanın cəzası müəyyənləşdi
AFFA İntizam Komitəsinin bugünkü iclasında bununla bağlı qərar verilib. Kolumbiyalı müdafiəçinin təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə...

Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə görüşdə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan "Qarabağ"ın futbolçusu Kevin Medinanın cəzası açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" PFL-in saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bununla bağlı qərar verilib.

Kolumbiyalı müdafiəçinin təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qeyd edək ki, Medina "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçın 42-ci dəqiqəsində meydandan qovulmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər