Operativ Məlumat Mərkəzi

MEDİA müsabiqə nəticələrini AÇIQLADI

2 dəq
Paylaş:
MEDİA müsabiqə nəticələrini AÇIQLADI
bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. Bildirilib ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şurası tərəfindən yeni media mühitində...

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 23 may 2025-ci ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

AzTV, Space TV, ATV, Xəzər TV, ARB TV, ARB24 və Real TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

Sosial videoçarx kateqoriyasında isə AzTV, ATV və ARB24 televiziya kanalları uğur qazanıb.

sayt-cover-02-00000-1-1.jpg

Bu xəbəri paylaş

Oxşar xəbərlər