Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mədəniyyət Nazirliyi xaricdə təhsil üçün sənəd qəbuluna başladı

3 dəq
Paylaş:
Mədəniyyət Nazirliyi xaricdə təhsil üçün sənəd qəbuluna başladı

Nazirliyi "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulunu elan edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Təqaüd Proqramı " Respublikasının 2022–2026-cı illərdə sosial- Strategiyası"nın Tədbirlər Planında nəzərdə tutulan "Mədəni və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi" fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları çərçivəsində mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, mədəniyyət sahəsində əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulub.

Bildirilib ki, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS sahələrinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərmək istəyən, xarici müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşları Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:

- Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya, oyun sənayesi)

- Dəb sənəti

- Dizayn

- Kuratorluq

- Memarlıq

- Tədbirlərin təşkili

- Mədəni və yaradıcı sahə üzrə menecment

- Nəşriyyatlarla işin təşkili

- Teatr, komediya və performans

- Yaradıcı texnologiyalar

- İncəsənət sahəsi (təsviri, tətbiqi və ifa sənətləri)

Qeyd edək ki, Təqaüd Proqramına qəbul prosesi iki - sənədlərin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

Müraciət prosesi https://mystart.az/ informasiya resursu vasitəsilə elektron formada həyata keçirilir.

Sənəd qəbulu iyunun 16-na qədər davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax