Əsas məzmuna keç

Mədəniyyət naziri naşirlərlə görüşüb

Mədəniyyət naziri naşirlərlə görüşüb

Mədəniyyət Nazirliyində naşirlərlə görüş olub. Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, toplantıya nəşriyyatların 24 nəfər...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Nazirliyində naşirlərlə görüş olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, toplantıya nəşriyyatların 24 nəfər nümayəndəsi qatılıb.

Naşirlərlə fikir mübadiləsi zamanı Respublikasının mədəniyyət naziri Adil Kərimli dövlətin sənayesi və kitab alışına hər zaman qayğı ilə yanaşdığını bildirib. Ölkədə elmi, elmi-kütləvi mövzularda zəngin məzmuna malik nəşrlərin sayının artmasının, həmçinin kitaba, mütaliəyə marağın inkişaf etdirilməsinin vacibliyindən bəhs edib. Daha sonra mövcud əməkdaşlıqlarla yanaşı, kitab sənayesi iştirakçılarının ilə bağlı rəy və təklifləri dinlənilib.

Görüşə qatılan nəşriyyat nümayəndələri dünya təcrübəsindən çıxış edərək ölkədə kitab sənayəsi iştirakçılarının (yazarlar, naşirlər, tərcüməçilər, redaktorlar və s.) yetişməsini və inkişafını hədəfləyən layihələrin hazırlanması, yerli yazarların yaradıcılığını stimullaşdıracaq mükafatın təsis edilməsi, Azərbaycan ədəbi-mədəni irsinin dünyada tanıdılması işinə xidmət edəcək tərcümə proqramının həyat keçirilməsi və başqa mühüm məsələləri səsləndiriblər.

Görüşün sonunda A.Kərimli səsləndirilən bütün fikirlərin bir daha nəzərdən keçiriləcəyini və sahə üzrə fəaliyyətin nəşriyyatlarla sıx əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…