Əsas məzmuna keç

Mədə xərçəngi şəkərli içkilərlə əlaqəlidir?

Mədə xərçəngi şəkərli içkilərlə əlaqəlidir?

Massachusetts General Hospital-ın araşdırması qazlı və meyvəli şirələrin onkoloji təhlükəsini üzə çıxardı. Qidalanma vərdişləriniz həyatınız üçün risklidir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-də aparılan yeni araşdırma şəkərli içkilərinmədə xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra biləcəyini ortaya qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Gastro Hep Advances” jurnalında dərc olunan araşdırmaya görə, gündə ən azı bir porsiya şəkərli qəbul edən insanların xərçənginə tutulma ehtimalı heç bir şəkərli içki qəbul etməyənlərlə müqayisədə təxminən 2,45 dəfə çoxdur.

"Massachusetts General "da aparılan araşdırmanın baş müəllifi və qastroenteroloq Andrew T. Chan bildirib ki, bu, əhalisində şəkərli içki istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni göstərən ilk tədqiqatdır.

Onun sözlərinə görə, mədə xərçəngi dünyada xərçəngdən ölüm səbəbləri arasında beşinci yerdə olsa da, qidalanmanın bu xəstəliyin inkişafına necə təsir etdiyi barədə hələ çox az məlumat var.

Tədqiqatçılar iki böyük araşdırmanın məlumatlarını birləşdirərək ümumilikdə 112 min 284 iştirakçının məlumatlarını təhlil ediblər. 1986-2022-ci illər arasında izlənilən iştirakçılar arasında 278 mədə xərçəngi hadisəsi qeydə alınıb.

Mümkün risk faktorları nəzərə alındıqdan sonra aparılan təhlil göstərib ki, gündə ən azı bir porsiya, yəni təxminən 237 millilitr içki, meyvə şirəsi və ya idman içkisi kimi şəkərli içkilər qəbul edən şəxslərdə mədə xərçəngi riski iki dəfədən çox artır. Risk artımı kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.

Süni dadlandırıcıların sağlamlığa təsiri ilə bağlı müzakirələr davam etsə də, araşdırmada süni dadlandırıcı tərkibli içkilərlə mədə xərçəngi arasında hər hansı əlaqə müəyyən edilməyib.

Mütəxəssislər bunun müşahidə xarakterli araşdırma olduğunu və əldə edilən nəticələrin birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar.

Başqa sözlə, şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu qəti şəkildə söyləmək mümkün deyil. Bununla belə, əldə olunan məlumatlar bu iki amil arasında güclü əlaqənin olduğunu göstərir.

Şəkərli içkilərin mədə xərçəngi riskini hansı mexanizmlə artıra biləcəyi hələ dəqiq müəyyənləşdirilməyib.

Tədqiqatçılar mümkün səbəblər arasında çəki artımı, insulin müqaviməti, steroid hormonlarında disbalans, iltihablanma, DNT zədələnməsi və bağırsaq mikrobiotasının pozulması kimi amilləri nəzərdən keçirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…