Mbappe PSJ-nin heyətində yubiley qoluna imza atıb

Mbappe PSJ-nin heyətində yubiley qoluna imza atıb
18.03.2024 11:40
Aa
dəq

Kilian Mbappe PSJ klubunun heyətində yubiley qoluna imza atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, Fransa millisinin üzvü Fransa çempionatının 26-cı turunda keçirilən "Monpelye" ilə matçda 250-ci qolunu vurub.

Sözügedən görüşdə Mbappe het-trikə imza ataraq komandasının 6:2 hesablı qələbəsində böyük pay sahibi olub. 25 yaşlı oyunçu hazırda PSJ tarixinin ən çox qol vuran oyunçusudur. 297 matçda 250 dəfə rəqib qapılarına yol tapan hücumçu PSJ-nin sabiq üzvləri Edinson Kavani (200 qol) və Zlatan İbrahimoviçi (156 qol) qabaqlayır.

Qeyd edək ki, 2018-ci ildən PSJ-nin uğurları üçün çalışan Mbappe bu mövsüm 37 matçda 38 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həftənin ən çox oxunanları

PSJ baş məşqçisi ilə bağlı qərar verib

PSJ baş məşqçisi ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

İbrahim Şehiç millidəki karyerasını bitirib

İbrahim Şehiç millidəki karyerasını bitirib
DAVAMIN OXU davamın oxu

“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib
DAVAMIN OXU davamın oxu

"Arsenal" köhnə qapıçısını qaytara bilər

DAVAMIN OXU davamın oxu

"Feyenoord" Arne Slotun yerini bu məşqçi ilə dolduracaq

DAVAMIN OXU davamın oxu