Əsas məzmuna keç

İspaniya 14 ildən sonra dünya çempionatının finalında

İspaniya 14 ildən sonra dünya çempionatının finalında

Dallasa keçirilən yarımfinal matçında Fransa millisini məğlub edən İspaniya yığması tarixi uğura imza atıb.

en ru

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi üzrə dünya çempionatının mərhələsində və milli komandaları üz-üzə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dallasda keçirilən qarşılaşma İspaniya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Lüka Dinin Lamin Yamala qarşı qayda pozuntusundan sonra təyin olunan penaltini Mikel Oyarbasal yerinə yetirib. İspaniya ikinci qolu isə 58-ci dəqiqədə Pedro Porronun dəqiq zərbəsi ilə vuraraq üstünlüyünü möhkəmləndirib.

Bu nəticə ilə İspaniya tarixində ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Komanda daha əvvəl 2010-cu ildə finala çıxaraq mundialın qalibi olmuşdu.

Qeyd edək ki, turnirin digər yarımfinal görüşündə İngiltərə və Argentina milliləri üz-üzə gələcək. Dünya çempionatının final qarşılaşması iyulun 19-da keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…