İran Prezidenti ölkədə mövcud problemlərlə bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Məsud Pezeşkian çıxışı zamanı ölkədə enerji və yanacaq da daxil olmaqla bir sıra sahələrdə çatışmazlıqların olduğunu bildirib.
Prezident qeyd edib ki, bu problemlər yalnız diqqətli planlaşdırma və ictimai əməkdaşlıq yolu ilə idarə oluna bilər.
Pezeşkian ədliyyə nazirliyinə səfəri zamanı yalan məlumatların və qeyri-real vədlərin mövcud çətinliklərin həllinə kömək etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşma ictimai etimadı zəiflədir.
O əlavə edib ki, həm əldə olunan nailiyyətlər, həm də mövcud çətinliklər cəmiyyətlə dürüst şəkildə paylaşılmalıdır.