Əsas məzmuna keç

Müctəba Xamenei yaralanıb: İran rəsmisi təfərrüatları açıqladı

Müctəba Xamenei yaralanıb: İran rəsmisi təfərrüatları açıqladı

Əzim İbrahimpur İranın yeni Ali Liderinin ABŞ-İsrail hücumunda yaralandığını təsdiqlədi. Müctəba Xameneinin səhhəti və iqamətgahdakı hadisənin son təfərrüatları...

en ru

İranın yeni Ali Lideri Müctəba və İsrailin hücumları zamanı xəsarət alıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi Əzim İbrahimpur açıqlama verib.

Məlumata görə, Müctəba Xamenei ABŞ-İsrail aviazərbələri zamanı Ali Liderin iqamətgahında olub və partlayış dalğası nəticəsində ayağından yüngül zədə alıb.

Əzim İbrahimpur bildirib ki, hadisə zamanı kompleks ərazisində olan Xamenei daha ciddi xəsarət almayıb və onun sağlamlıq vəziyyəti stabildir.

Rəsmi əlavə edib ki, digər xəsarətlərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və bu cür iddialar cəmiyyətdə parçalanma yaratmaq məqsədi daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…