Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Müctəba Xamenei: "İsrail 15 ildən sonra mövcud olmayacaq"

1 dəq
Paylaş:
Müctəba Xamenei: "İsrail 15 ildən sonra mövcud olmayacaq"

İranın üçüncü ali Müctəba çərşənbə ziyarəti ilə bağlı yayımladığı mesajda İsrailin növbəti 15 il ərzində olmayacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, onun bu mesajı İran mediasında dərc olunub.

Qeyd edilib ki, Müctəba Xamenei ali lider təyin olunduqdan sonra onun heç bir görüntüsü və ya səs yazısı ictimaiyyətə təqdim edilməyib.

Mesajda həmçinin İslam Respublikasının keçmiş ali lideri Əli Xamenei tərəfindən illər əvvəl səsləndirilən “İsrail növbəti 25 ili görməyəcək” fikrinə istinad olunub.

Sənəddə İsrail “qeyri-sabit sionist rejim” və “xərçəng şişi” kimi xarakterizə edilərək, onun “lənətlənmiş varlığının son mərhələlərinə yaxınlaşdığı” qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax