Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mask 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqladı

2 dəq
Paylaş:
Mask 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqladı

ABŞ-li İlon Mask sahibi olduğu "" şirkəti çərçivəsində indiyədək 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, şirkət təxminən iki ildir davam edən sınaqlarda həyəcanverici nəticələr əldə edildiyini bildirib.

"Neuralink" insan beyni üzərindəki tədqiqatlarını genişləndirməyə davam edərkən, beyin implantı təcrübələri üçün bu günə qədər 21 könüllünün layihəyə cəlb edildiyi qeyd olunub.

Vurğulanıb ki, bu könüllülərin hamısının beyninə çip yerləşdirilib.

Şirkətin açıqlamasında təcrübələr zamanı mühüm irəliləyişlərin alındığı bildirilib və test prosesinin artıq iki ili geridə qoyduğu xatırladılıb.

İlon Mask 2024-cü ilin yanvarında ilk insan üzərində beyin çipinin edildiyini ictimaiyyətə açıqlamışdı.

"Neuralink"in “Telepatiya” adlanan çipi iflic olan şəxslərə kompüter və telefon kimi cihazları yalnız düşüncə gücü ilə etməyə imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax