Əsas məzmuna keç

Mingəçevirdə “Cyber Summer School 2026” düşərgəsinə start verildi

Mingəçevirdə “Cyber Summer School 2026” düşərgəsinə start verildi

AKTA, Gənclər və İdman Nazirliyi və DTX-nin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə gəncləri hansı yeniliklər gözləyir? Rəqəmsal təhlükəsizlik sahəsindəki təlimlərə qoşulun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Mingəçevir şəhərində V “Cyber Summer 2026” Kiber Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənci bir araya gətirən layihə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, peşəkar insan kapitalının formalaşdırılması və gənclərin bu istiqamətdə praktiki təcrübə qazanmasına töhfə vermək məqsədi daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, layihə Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir. Düşərgənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetidir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən “Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda, Mingəçevir şəhərində təşkil olunur. Layihənin əsas məqsədi regionlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması və bu istiqamətdə əməkdaşlıq mühitinin genişləndirilməsidir.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, müəssisələrinin rəhbərləri və kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssislər çıxış edərək rəqəmsal təhlükəsizliyin müasir dövrdə strateji əhəmiyyətindən, bu sahədə peşəkar kadr hazırlığının vacibliyindən və dövlət–özəl sektor əməkdaşlığının rolundan danışıblar. Qeyd olunub ki, bu il düşərgədə Azərbaycanın 60 regionundan 100-dən çox tələbə və şagird iştirak edir. Bu isə layihəyə marağın ildən-ilə artdığını və regionlarda kibertəhlükəsizlik sahəsinə marağın gücləndiyini göstərir.

Düşərgə çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlimlər, praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, ekspertlərlə görüşlər və beynəlxalq təcrübədə geniş tətbiq olunan “Capture The Flag” (CTF) yarışları təşkil olunacaq. Layihə gənclərin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməklə yanaşı, onların gələcək peşəkar fəaliyyətinə və ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…