Bakı-Quba avtomobil yolunun 13,5-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:05 radələrində qeydə alınıb.
“Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində “Ravon”da olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
DYP bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına əməl etməməsinin ağır nəticələrə səbəb olduğunu bildirib və belə hallara qarşı nəzarət-profilaktik tədbirlərin sərtləşdiriləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" ərazidən ilk görüntüləri təqdim edir: