Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Marko Rubio İrana qarşı sərt tədbirlər görülməsini tapşırdı

2 dəq
Paylaş:
Marko Rubio İrana qarşı sərt tədbirlər görülməsini tapşırdı

ABŞ diplomatlarına İranla bağlı göstərişi verilib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilib ki, Rubio xaricdəki Amerika diplomatik nümayəndəliklərinə göndərdiyi daxili teleqramda İrandan gələn “artan hücum riski” səbəbindən hökumətlərə təzyiq göstərilməsi tapşırığını verib.

Məlumata görə, martın 16-da ABŞ-nin dünya üzrə səfirlik və konsulluqlarına göndərilən sənəddə diplomatlara İran və onun tərəfdarları tərəfindən mümkün hücum riskinin artdığı bir dövrdə hökumətləri “İranın və onunla əlaqəli terrorçu qrupların hücum imkanlarını məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyə” çağırmaq tapşırılıb.

"ABC News" qeyd edib ki, “SEPAH-ın fəaliyyəti ilə bağlı artan narahatlıqlar” adlı bu mesaj martın 20-dək “ən yüksək səviyyədə” çatdırılmalıdır.

Teleqramda vurğulanıb ki, SEPAH və Hizbullah kimi qurumlara qarşı təzyiqin artırılması məqsədilə daha effektiv hesab olunur.

Eyni zamanda, Departamenti bildirib ki, bu təşəbbüslər zəruri hallarda İsrail diplomatik nümayəndələri ilə koordinasiya olunmalıdır. ABŞ diplomatik missiyalarına həmçinin müvafiq ölkələri SEPAH və Hizbullahnı təcili şəkildə terror təşkilatı kimi tanımağa çağırmaq tapşırılıb.

Afət Ziyadqızı

Jurnalist

Afət Ziyadqızı — 10 ildən artıq təcrübəyə malik peşəkar jurnalist və media mütəxəssisidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Siyasi...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax