NATO-nun Baş katibi Mark Rutte alyansın hərbi əməliyyatları və müdafiə xarakteri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Clash Report” nəşrinin məlumatına görə, mətbuat konfransı zamanı Rutte NATO-nun əsas missiyasının müdafiə olduğunu vurğulayıb.
Məlumata görə, jurnalistlərdən biri Baş katibə Liviya və İraqda rejim dəyişikliyi ilə nəticələnən hərbi əməliyyatların müdafiə xarakteri daşıyıb-daşımadığı barədə sual ünvanlayıb.
Bildirilib ki, Mark Rutte cavabında keçmiş hərbi əməliyyatlarla bağlı ətraflı şərh verməkdən yayınıb.
“Bütün keçmiş hadisələri şərh etmək niyyətində deyiləm. Lakin sizi əmin edə bilərəm ki, NATO burada qorumaq üçün var”, – deyə Baş katib bildirib.
Qeyd olunub ki, Rütte NATO-nun fəaliyyətinin əsas məqsədinin üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi olduğunu vurğulayıb.
Məlumata əsasən, bundan əvvəl Mark Rutte ABŞ Prezidenti Donald Trampın alyansla bağlı tənqidlərini yumşaltmaq məqsədilə bir sıra diplomatik addımlar atmışdı. Bildirilir ki, o, NATO ölkələrinin müdafiə xərclərinin artırılması və alyans daxilində əməkdaşlığın gücləndirilməsi ilə bağlı müxtəlif təqdimatlar və açıqlamalarla çıxış edib.