Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mark Kukurelya karyerasını harada davam etdirəcək? - İspaniyalı futbolçunun seçimi bəlli olub

2 dəq
Paylaş:
Mark Kukurelya karyerasını harada davam etdirəcək? - İspaniyalı futbolçunun seçimi bəlli olub

"Çelsi" klubunun sol cinah müdafiəçisi bu yay bazarının diqqət mərkəzində olan oyunçulardan biridir. 27 yaşlı ispaniyalı futbolçu ilə bir sıra nüfuzlu klublar, o cümlədən "", "Atletico Madrid" və "Manchester City" maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu karyerasını davam etdirmək üçün ən çox "Barcelona"ya verir.

İspaniyalı müdafiəçi Kataloniya təmsilçisindən rəsmi və konkret təklif gələcəyi təqdirdə, məhz bu klubu seçməyə hazırdır.

Hazırda oyunçunun transfer dəyərinin 40-50 milyon avro civarında olduğu qiymətləndirilir.

Buna baxmayaraq, "Barcelona" rəhbərliyi vəziyyəti izləməklə kifayətlənir. Klubun öz yetirməsi olan Kukurelya ilə bağlı hələlik rəsmi danışıqlara başlamaq planlaşdırılmır.

Qeyd edək ki, başa çatan mövsümdə Kukurelya "Çelsi"nin heyətində ümumilikdə 50 matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax